<

Portuqaliya darmadağınla 1/4 finalda - YENİLƏNDİ

00:55 - 7 Dekabr 2022

Portuqaliya darmadağınla 1/4 finalda  - YENİLƏNDİ

Qətərdə keçirilən dünya çempionatında sonuncu 1/4 finalçı Portuqaliya olub.

Manset.az xəbər verir ki, İsveçrəni 6:1 hesabı darmadağın edən pireneylilər “8-liy”in sonuncu komandası olub.

Portuqaliya 1/4 finalda Mərakeşlə qarşılaşacaq.

00:52

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və İsveçrə yığmaları arasında 1/8 final mərhələsinin oyununda 7-ci qol vurulub.

Manset.az xəbər verir ki, qarşılaşmanın 90+2-ci dəqiqəsində Portuqaliyanın heyətində Rafael Leao fərqlənib - 6:1.

00:27

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və İsveçrə yığmaları arasında 1/8 final mərhələsinin oyununda 6-cı qol vurulub.

Manset.az xəbər verir ki, qarşılaşmanın 67-ci dəqiqəsində Qonzalo Ramos özünün üçüncü, komandasının 5-ci qoluna imza atıb. 

00:17

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və İsveçrə yığmaları arasında 1/8 final mərhələsinin oyununda 5-ci qol vurulub.

Manset.az xəbər verir ki, qarşılaşmanın 58-ci dəqiqəsində Manuel Akanji İsveçrənin heyətində fərqi azaldıb. 

00:15

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və İsveçrə yığmaları arasında 1/8 final mərhələsinin oyununda növbəti qol vurulub. 

Manset.az xəbər verir ki, qarşılaşmanın 55-ci dəqiqəsində Rafael Gerrero Portuqaliyanın 4-cü qolunu vurub. 

00:11

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və İsveçrə yığmaları arasında 1/8 final mərhələsinin oyununda növbəti qol vurulub. 

Manset.az xəbər verir ki, qarşılaşmanın 51-ci dəqiqəsində Qonzalo Ramos özünün ikici, Portuqaliyanın üçüncü qolunu vurub. 

00:03

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və İsveçrə yığmaları arasında 1/8 final mərhələsinin oyununda ikinci hissə başlayıb. 

Manset.az xəbər verir ki, qarşılaşmanın ilk hissəsi Portuqaliyanın 2:0 hesablı üstünlüyü ilə bitib.

23:49

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və İsveçrə yığmaları arasında 1/8 final mərhələsinin oyununda ilk hissə başa çatıb. 

Manset.az xəbər verir ki, qarşılaşmanın ilk hissəsi Portuqaliyanın 2:0 hesablı üstünlüyü ilə bitib. 

23:34

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və İsveçrə yığmaları arasında 1/8 final mərhələsinin oyununda ikinci qol vurulub.

Manset.az xəbər verir ki, qarşılaşmanın 33-cü dəqiqəsində Pepe Portuqaliyanın üstünlüyünü artırıb. 

23:24

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və İsveçrə yığmaları arasında 1/8 final mərhələsinin oyununda ilk qol vurulub.

Manset.az xəbər verir ki,17-ci dəqiqədə fərqlənən Qonzalo Ramos Pireney təmsilçisini hesabda önə keçirib.

23:00

Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında Portuqaliya və İsveçrə qarşılaşırlar. 

Manset.az xəbər verir ki, matç başlayıb. 

22:09

Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında üz-üzə gələcək Portuqaliya və İsveçrə yığmalarının start heyətləri açıqlanıb.

Manset.az xəbər verir ki, Pireney təmsilçisinin baş məşqçisi Fernandu Santuş komandanın lideri olan Kriştianu Roanldunu ehtiyatda saxlayıb.

Beləliklə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Portuqaliya: Dioqu Koşta, Pepe, Dioqu Dalot, Ruben Diaş, Rafael Gerreyru, Vilyam Karvalyu, Bernardu Silva, Otavio Monteyro, Brunu Fernandeş, Qonsalu Ramuş, Joau Feliks

İsveçrə: Qreqor Kobel, Manuel Akanci, Fabian Şer, Rikardo Rodriges, Edimilson Fernandeş, Qranit Caka, Remo Froyler, Cerdan Şakiri, Cibril So, Brel Embolo, Ruben Varqas

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Xəbər xətti

6 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin