Türkiyə millisi İrəvanda Ermənistanla qarşılaşacaq

21:43 - 6 Dekabr 2022

Türkiyə millisi İrəvanda Ermənistanla qarşılaşacaq

Futbol üzrə Türkiyə milli komandasının 2024-cü il Avropa çempionatının (AVRO-2024) seçmə mərhələsinin D qrupunda gələn ilin martında Ermənistan və Xorvatiyaya qarşı keçirəcəyi oyunların məkanları müəyyənləşib.

 

Manset.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasından verilən məlumata görə, ay-ulduzlu komanda AVRO-2024-ün seçmə mərhələsində ilk oyununda martın 25-i şənbə günü paytaxt İrəvanda Ermənistanla qarşılaşacaq. Respublika stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Millilər D qrupunda ikinci matçında 28 mart çərşənbə axşamı Bursada Xorvatiyanı qəbul edəcək. Bursa Böyükşəhər Bələdiyyəsi Stadionunda keçiriləcək qarşılaşmanın başlama saatı 22:45 olaraq müəyyənləşib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin