<

Azərbaycanda qida məhsullarının istehsalı ARTDI

21:27 - 6 Dekabr 2022

Azərbaycanda qida məhsullarının istehsalı ARTDI

Azərbaycanda qida məhsullarının istehsalı sahəsində artım müşahidə edilib.

 

Manset.az xəbər verir ki, bununla bağlı Dövlət Statistika Komitəsi məlumat verib.

Belə ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-oktyabr aylarında qida məhsullarının istehsalında 8,0 faiz artım, tütün məmulatlarının istehsalında 2,4 faiz, içki istehsalında isə 4,2 faiz azalma qeydə alınıb.

Bu sahələrin əsas məhsullarından marqarin istehsalı 45,0 faiz, qənd və şəkər tozunun istehsalı 9,3 faiz artmış, duru bitki yağlarının istehsalı isə 6,1 faiz azalıb.

Ümumilikdə qeyd olunan müddət ərzində emal sənayesində 14 milyard 612,4 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.


Xəbər xətti

6 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin