“Traktor”un yeni baş məşqçisi AÇIQLANDI

20:17 - 6 Dekabr 2022

“Traktor”un yeni baş məşqçisi AÇIQLANDI

Təbrizin “Traktor” klubunun yeni baş məşqçisi açıqlanıb.

 

Manset.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı ispaniyalı Pako Xemes çalışdıracaq.

Onunla bağlanacaq müqavilənin detalları açıqlanmayıb.

52 mütəxəssis bu vəzifədə ötən ay istefa verən Kurban Berdıyevi əvəzləyəcək.

Qeyd edək ki, Pako Xemes İspaniyada “Las Palmas”, “Qranada”, “Rayo Valyekano” klubunlarını da çalışdırıb.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin