Quş qripi XƏBƏRDARLIĞI: Bu sayda toyuq məhv edildi

19:54 - 6 Dekabr 2022

Quş qripi XƏBƏRDARLIĞI: Bu sayda toyuq məhv edildi

Tayvanın Pinqtunq şəhərinin Yanpu qəsəbəsindəki quşçuluq fermasında quş qripi (H5N2) epidemiyası bölgə rəsmilərini tədbir görməyə vadar edib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, yerli səhiyyə qurumları tərəfindən 4 dekabr bazar günü təsdiqlənən quş qripi epidemiyasından sonra xəstə olduğu müəyyən edilən 8 min 599 toyuq məhv edilib. 

Pingtung Bələdiyyəsi mətbuata açıqlamasında bildirib ki, keçən həftə cümə axşamı bölgədəki bir fermada anormal toyuq ölümləri qeydə alınıb.

Ölümlərdən sonra məmurlar fermanı və ətrafını dezinfeksiya edib və topladıqları nümunələri sınaq üçün Heyvan Sağlamlığı Elmi-Tədqiqat İnstitutuna göndəriblər.

Pingtung Bələdiyyəsi şimal Pinqtunqun yüksək riskli quşçuluq sahəsi olduğunu və hökumətin quş qripi epidemiyasının təkamülünü yaxından izləyəcəyini açıqlayıb.

 Görülən tədbirlər çərçivəsində rayondakı quşçuluq təsərrüfatlarında nəzarət və dezinfeksiya tədbirlərinin gücləndiriləcəyi açıqlanıb.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin