DSX-nin Akademiyasındakı yanğının səbəbi AÇIQLANDI

19:14 - 6 Dekabr 2022

DSX-nin Akademiyasındakı yanğının səbəbi AÇIQLANDI

“Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının əsas korpusunda baş verən yanğın tam olaraq söndürülüb. Akademiyanın şəxsi heyəti tərəfindən görülən ilkin tədbirlər və Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin hadisə yerinə cəlb olunan əməkdaşlarının operativliyi və peşəkarlığı nəticəsində yanğın qısa zamanda aradan qaldırılıb. Hadisə nəticəsində şəxsi heyət arasında 3 nəfər tüstünün təsirinə məruz qalıb, müvafiq tibbi yardım göstərildikdən sonra buraxılıblar. Yanğın zamanı əsas korpusun dam örtüyünün 50 m²-lik hissəsinə ziyan dəyib”.

 

Bu haqda Manset.az -a  DSX-dən bildirilib.

Qeyd edilib ki, yanğının baş verməsinə ilkin səbəb kimi elektrik xəttində qısa qapanmanın olduğu ehtimal edilir.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin