Samsunun İlkadım rayonunda tramvay relslərin üzərində hərəkətsiz yatan Tuncay Buğanı (23) vurub.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə, səhər saatlarında Kılıçdede məhəlləsində baş verib.
Tekkeköy istiqamətinə gedən tramvaydan istifadə edən G.D. (40) relslərin üzərində hərəkətsiz uzanan gənci görüb təcili əyləci basıb. Ancaq, tramvay həmin şəxsi relslərə çırpıb.
Hadisə yerinə təcili yardım briqdaları cəlb olunub.
Müayinədə gəncin öldüyü müəyyən edilib.
Araşdırma qrupları, tramvayın vurduğu nöqtədə işıqlandırma kabelinin kəsildiyini təyin etdi.
Həmçinin, gəncin cəsədinin yanından bıçaq və balta da tapılıb
"Oğurluq" cinayətindən 5 qeydi olduğu müəyyən edilən Tuncay Buğanın dəqiq ölüm səbəbi analizlərin nəticəsində müəyyən ediləcək.
Hadisə ilə bağlı istintaq tədbirləri davam edir.