Xorvatiyada Miq-21 qırıcısı qəzaya uğradı

18:50 - 6 Dekabr 2022

Xorvatiyada Miq-21 qırıcısı qəzaya uğradı

Xorvatiyanın şimalındakı Viroviticko-Podravska bölgəsində Miq-21 tipli döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

 

Manset.az xəbər verir ki, bu haqda Xorvatiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, 2 pilotla təlim uçuşu həyata keçirən döyüş təyyarəsinin meşəlik əraziyə düşdüyü bildirilib.

Təyyarədə olan pilotlardan biri ilə əlaqə saxlanılıb, digəri üçün axtarış-xilasetmə işləri davam edir.

Açıqlamada ilk yardım və təhlükəsizlik qruplarının ərazidə olduğu qeyd olunub.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin