<

Gədəbəydə əri tərəfindən balta ilə öldürülən qadının qətlinin TƏFƏRRÜATI - YENİLƏNDİ

18:44 - 6 Dekabr 2022

Gədəbəydə əri tərəfindən balta ilə öldürülən qadının qətlinin TƏFƏRRÜATI - YENİLƏNDİ

Gədəbəy rayonunda 32 yaşlı qadının qətlinin təfərrüatı məlum olub.

 

Manset.az report-a istinadən xəbər verir ki, rayonun Şəkərbəy kəndində 1990-cı il təvəllüdlü Könül Eyvaz qızı Abdullayeva boyun nayihəsindən balta ilə aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Onun ölümünə səbəb olmaqda şübhəli bilinən isə həyat yoldaşı - 1990-cı il təvəllüdlü Elməddin Mayor oğlu Abdullayevdir. O, polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.

Kənd sakinlərinin verdiyi məlumata görə, hadisə ailənin yaşadığı evdə qeydə alınıb. Ailə kənddə sakit bir ailə kimi tanınır. Onlar kənd ərazisində heyvandarlıq və əkinlə məşğul olublar.

Ailənin üç övladı var.

Qeyd edək ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub və faktla bağlı araşdırma davam etdirilir.

***

Gədəbəy rayonunun Şəkərbəy kəndi ərazisində 1990-ci il təvəllüdlü Könül Abdullayevanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

 

Manset.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1990-cı il təvəllüdlü Elməddin Abdullayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək Könül Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda prokurorluq və polis əməkdaşları hadisə yerinin müayinəsini aparırlar.


Xəbər xətti

6 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin