DÇ-2022: Mərakeş penaltilərdə qalib gəlib 1/4 finala çıxdı - YENİLƏNDİ

21:54 - 6 Dekabr 2022

DÇ-2022: Mərakeş penaltilərdə qalib gəlib 1/4 finala çıxdı - YENİLƏNDİ

Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsinə yüksələn növbəti komanda Mərakeş olub.

 

Manset.az xəbər verir ki, 1/8 final mərhələsi çərçivəsində keçirilən Mərakeş – İspaniya oyununun əsas və əlavə vaxtında hesab açılmayıb.

Qalibi müəyyənləşdirmək üçün penalti seriyalarına ehtiyac yaranıb. Bu zaman daha dəqiq oynayan şimali afrikalılar 1/4 finala yüksəliblər.

***

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Mərakeş yığmaları arasında 1/8 final matçında əlavə vaxt başa çatıb.

 

Manset.az xəbər verir ki, görüşdə hesab açılmadığından qalibi penaltilər seriyası müəyyənləşdirəcək.

***

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Mərakeş yığmaları arasında 1/8 final matçında əlavə vaxt oynanılacaq.

 

Manset.az xəbər verir ki, buna səbəb qarşılaşmanın əsas vaxtında hesabın açılmamasıdır.

Komandalar 1/4 finala vəsiqə uğrunda ən azı daha 30 dəqiqə mübarizə aparacaqlar.

***

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Mərakeş yığmaları arasında 1/8 final oyununda ikinci hissə başlayıb.

 

Manset.az xəbər verir ki, hələlik qarşılaşmada hesab açılmayıb.

***

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Mərakeş yığmaları arasında 1/8 final oyununda ilk hissə başa çatıb.

 

Manset.az xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

***

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Mərakeş və İspaniya yığmaları qarşılaşırlar.

 

Manset.az xəbər verir ki, qarşılaşma başlayıb. 

***

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində üz-üzə gələcək Mərakeş və İspaniya yığmalarının start heyətləri açıqlanıb.

 

Manset.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Mərakeş: 1. Yassin Bunu, 5. Nayef Aquerd, 6. Romen Saiss, 2. Əşrəf Hakimi, 3. Nussair Mazraui, 4. Sofyan Amrabat, 8. Azeddin Unai, 15. Sekin Amallah, 17. Sofyan Bufal, 19. Yussuf En-Nesiri, 7. Hakim Ziyeş

İspaniya: 23. Unai Simon, 24. Aymerik Lyaport, 18. Jordi Alba, 5. Serxio Buskets, 16. Rodri, 6. Markos Lyorente, 9. Qavi, 26. Pedri, 10. Marko Asensio, 21. Dani Olmo, 11. Ferran Torres

Qeyd edək ki, qarşılaşma saat 19:00-da başlayacaq.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin