DSX-nin Akademiyasında baş verən yanğın söndürüldü - YENİLƏNDİ (FOTO+VİDEO)

18:08 - 6 Dekabr 2022

DSX-nin Akademiyasında baş verən yanğın söndürüldü - YENİLƏNDİ (FOTO+VİDEO)

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində paytaxtın Xətai rayonu, Gəncə prospektində yerləşən Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə baş verən yanğın genişlənməsnə imkan verilmədən qısa müddətdə tam söndürülüb.

 

Bu barədə Manset.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib. 

***

Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasında qeydə alınan yanğın hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası əraziyə cəlb edilib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda hadisə nəticəsində 14 nəfər tüstüdən zəhərlənmə səbəbilə hospitalizasiya olunur.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən Manset.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

***

Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasında yanğın başlayıb.

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, yanğın hazırda davam edir. Əraziyə yanğınsöndürənlər cəlb olunub.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)



Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin