<

“SOCAR PETROLEUM”un əməkdaşını iş vaxtı maşın vurdu, gözü kor oldu - Şirkət ona kömək etmir (ŞİKAYƏT+FOTOLAR)

17:06 - 6 Dekabr 2022

“SOCAR PETROLEUM”un əməkdaşını iş vaxtı maşın vurdu, gözü kor oldu - Şirkət ona kömək etmir (ŞİKAYƏT+FOTOLAR)

“SOCAR PETROLEUM” QSC iş vaxtı maşın vuran və gözünü itirən əməkdaşına kömək etmir.

Bu barədə Manset.az-a müraciət  edən, “SOCAR PETROLEUM” QSC –nin əməkdaşı, zərərçəkmiş 1992-ci il təvəllüdlü Rzazadə Sənan Məcid oğlu məlumat verib:

“Qala yolu ayrıcına yaxın yerləşən  SOCAR Petroleum yanacaq doldurma məntəqəsində işləyirəm. 14.07.2022 tarixində, saat 11:30 radələrində iş başında olarkən “BMW 728” markalı 90-LG-535 dövlət qeydiyyat nişanlı maşın məni vurdu. Nəticədə ağır xəsarət aldım. Açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, sol təpə gicgah sümüklərinin kəllə əsasına keçən xəttin sınığı, sağ beyin yarımkürəsi suborativ hemerativ konstitusiya, qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirildim. Sağ gözümün pərdəsi partladı, qansızma nəticəsində gözüm kor olub. Göz əməliyyatı edilib. 4 gündən sonra SOCAR Petroleum 500 manat yardım edib. 2 aydır ki, mən SOCAR-a gedib-gəlirəm. SOCAR mənə deyir ki, sənə yardım olunacaq. Amma hələki yardım göstərilməyib. Məni vuran adam xəstəxanaya 6500 manat kömək edib. Başım, dərmanlar, gözümün əməliyyatı daxil olmaqla, ümumi 22500 manat xərcim çıxıb. Xəstəxanaya böyük məbləğdə borcum yığılıb, qalıb. Aidiyyatı qurumlardan və SOCAR-dan köməklik gözləyirəm”.
 



Xəbər xətti

5 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin