Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ
24 Noyabr 2024
15:21 - 19 Avqust 2021
Bakıda 74 yaşlı həyat yoldaşını çoxsaylı bıçaq xəsarətləri ilə öldürməyə cəhd edən Hüseyn Hacıyevin cinayət işi üzrə istintaq başa çatıb.
Manset.az xəbər verir ki, 2020-ci il fevralın 22-də 1 saylı Kliniki Tibbi Mərkəzə çoxsaylı deşilmiş-kəsilmiş yaralarla 74 yaşlı paytaxt sakini Solmaz Hacıyeva gətirilib.
Yarası ağır olduğundan qadın dərhal cərrahi əməliyyat olunub. Araşdırma zamanı məlum olub ki, Solmaz Hacıyevanı yaşadığı Yasamal rayonu, Qızıl Şərq küçəsi, 324 ünvanındakı mənzildə həyat yoldaşı, 83 yaşlı Hüseyn Hacıyev bıçaqlayıb.
İstintaqla müəyyən edilib ki, Hüseyn Hacıyev 1937-ci ildə Bakı şəhərində anadan olub, əvvəllər məhkum olunmayıb. Məlum olub ki, fevralın 22-i saat 8 radələrində Hüseyn Hacıyev yaşadığı evdə hamam otağının su qızdırıcısını yandırmaqla bağlı yaranmış mübahisəni bəhanə edərək həyat yoldaşı Solmaz Hacıyevanı öldürmək qərarına gəlib.
Məişət təyinatlı bıçaqla mənzilin yataq və mətbəx otağlarında qadına bədəninin müxtəlif nahiyyələrinə 14 bıçaq zərbəsi vurub. Qadının kömək niyyəti ilə ev telefonu vasitəsi ilə qardaşına zəng vurmasını gördükdə mane olmaq üçün telefonun naqilini kəsmək istəyib. Solmaz Hacıyeva qaçaraq yaşadıqları binanın həyətinə düşüb.
Təcili Tibbi Yardım Stansiyasının işçiləri tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılıb tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən Hüseyn Hacıyev cinayət əməlini başa çatdıra bilməyib.
Təqsirləndirilən şəxs qismində dindirilmiş Hüseyn Hacıyev bildirib ki, həyat yoldaşına bıçaqla xəsarətlər yetirsə də, onu öldürmək fikri olmayıb. Birinci arvadı 1987-ci ildə vəfat etdikdə, övladları balaca olub və o, yenidən evlənmək qərarına gəlib. 1989-cu ildə Solmazla ailə həyatı qurub. Son vaxtlar aralarında mübahisə yaransa da onu vurmayıb.
Hadisə baş verən günü Hüseyn Hacıyev hamam otağına keçib. Amma su qızdırıcısını yandırmaqda çətinlik çəkib. Buna görə arvadını yuxudan oyadıb qızdırıcını yandırmasını xahiş edib. Solmaz onu yuxudan oyatdığı üçün əsəbləşib. Bu səbəbdən aralarında mübahisə başlayıb. Özündə olmadığından mətbəxdən bıçağı götürüb yoldaşına xəsarətlər yetirib. Solmaz ünvanına söyüşlər söyərək mənzildən qaçıb. Hüseyn Hacıyev həmin gün polis əməkdaşları tərəfindən saxlanılıb.
Məhkəmə prosesi zamanı Hüseyn Hacıyev ittiham üzrə özünü qismən təqsirli bilib.
Məhkəmə hesab edib ki, Hüseyn Hacıyevin əməli CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib, cəzalandırılmalıdır.
Sonda məhkəmənin hökmü ilə Hüseyn Hacıyev 7 il 10 ay müddətinə azadlıqdan məhrum olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin