Bakıda ən çox koronavirusa yoluxma bu rayondadır

11:41 - 19 Avqust 2021

Bakıda ən çox koronavirusa yoluxma bu rayondadır

Azərbaycanda koronavirus pandemiyasının yayılması və aşkarlanması ilə bağlı son statistika açıqlanıb.

Manset.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, paytaxt rayonları üzrə bu dəfə də ən çox yoluxma Binəqədi rayonunda qeydə alınıb. Belə ki, rayonda yoluxma 14,6 faiz təşkil edir.

Xətaidə 13,5 faiz, Yasamalda 12,1 faiz, Sabunçuda 11,3 faiz, Suraxanıda 8,3 faiz, Nərimanovda 8,1 faiz, Nəsimidə 7,8 faiz, Xəzərdə 7,3 faiz, Nizamidə 7,1 faiz, Səbaildə 5,0 faiz, Qaradağda 4,4 faiz, Pirallahıda 0,5 faiz təşkil edib.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin