Manyakın qadınlara hücum anının görüntüləri yayıldı – VİDEO

11:06 - 19 Avqust 2021

Manyakın qadınlara hücum anının görüntüləri yayıldı – VİDEO

Rusiya paytaxtında manyakın qadınlara hücumu ilə bağlı görüntülər yayılıb.

Manset.az xəbər verir ki, kadrları “112” “Telegram” kanalı təqdim edib.Videoda onun son cəhdlərindən biri əks olunub: Kişi arxadan gənc qadına yaxınlaşaraq paketdən hazırlanmış ipi onun boğazına dolayır və boğmağa çalışır. Lakin xoşbəxtlikdən yoldan keçən başqa biri qadının köməyinə gəlir.Məlumata görə, manyak bundan əvvəl də dəfələrlə bu yöndə hücumlar həyata keçirib. Hətta bu hücumlar arasında təcavüzə cəhd də var. Yerli polis idarəsində 18 şikayət qeydə alınıb.

Artıq manyak saxlanılıb. Onun barəsində cinayət işi açılıb.(oxu.az)


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin