Bakı-Sumqayıt yolunda qəza: Piyada öldü

23:05 - 4 Dekabr 2022

Bakı-Sumqayıt yolunda qəza: Piyada öldü

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə yolun Abşeron rayonunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən piyada, Ceyranbatan qəsəbəsi sakini 1982-ci il təvəllüdlü İbrahimova Ramilə Məhəmməd qızını "Honda" markalı avtomobil vurub.

40 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin