<

Bakı-Quba yolunda böyük tıxac yarandı - FOTO/VİDEO+YENİLƏNDİ

23:40 - 4 Dekabr 2022

Bakı-Quba yolunda böyük tıxac yarandı - FOTO/VİDEO+YENİLƏNDİ

Şimal bölgəsindən Bakı istiqamətində olan yollarda uzun tıxac yaranıb.

 

Manset.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, həftə sonu dağlıq ərazilərə qarın yağması ilə bağlı paytaxt sakinlərinin bir çoxu Quba-Qusar və İsmayıllı-Qəbələ istiqmətlərinə səfər edib.

İdarənin yaydığı məlumata görə, bu gün axşam saatlarında paytaxt istiqamətinə qayıdan həmin vətəndaşlar adıçəkilən yollarda müəyyən sıxlığa səbəb olub.

Hazırda Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qeyd olunan ərazilərə əlavə qüvvələr cəlb edilib.

Qısa müddətdə hərəkətin tam bərpa ediləcəyi bildirilir.

Qeyd olunan yolda sıxlığın yaranma səbəbi nəqliyyat vasitələrinin çoxluğudur.

***

Bakı-Quba yolunda uzun tıxac yaranıb.

Manset.az xəbər verir ki, bu barədə sosial mediada görüntülər yayılıb.

Bildirilir ki, tıxac bir neçə saatdır davam edir.

 


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin