Prezident Zelenskini COP29-a dəvət etdi - FOTO
23 Aprel 2024
21:51 - 4 Dekabr 2022
Fransa millisinin hücumçusu Kilian Mbappe Qətərdə keçirilən dünya çempionatındakı 5-ci qolunu polyaklara qarşı matçda vuraraq turnirin bombardirləri cədvəlinə başçılıq edir.
Manset.az xəbər verir ki, onu hərəyə üç qol vuran Alvaro Morata (İspaniya), Kodi Qakpo (Niderland), Lionel Messi (Argentina), Markus Raşford (İngiltərə) izləyir.
Ümumilikdə Mbappe polyaklara iki qol vurub.
Bundan əvvəl o, Qətərdə danimarkalılarla oyunda dubla imza atmış, daha öncə isə Avstraliyaya qol vurmuşdu.
Xatırladaq ki, PSJ-nin 23 yaşlı hücumçusunun transfer qiyməti 160 milyon avrodur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin