Fransada qar avtomobil yollarını iflic etdi

21:45 - 4 Dekabr 2022

Fransada qar avtomobil yollarını iflic etdi

Güclü qar Fransanın cənubundakı Lozer departamentində A75 avtomobil yolunda nəqliyyatın hərəkətini iflic edib.

 

Manset.az xəbər verir ki, bu barədə TF1 telekanalı hadisə şahidlərinin videolarına istinadən məlumat yayıb.

Kanalın saytında yer alan videolardan görünür ki, onlarla avtomobil qarla örtülü uzun tıxacda qalıb. Buna baxmayaraq, tək-tək minik avtomobilləri yolun əks tərəfində yavaş-yavaş bir-birinə doğru irəliləyir.

Telekanal qonşu Qard departamentində A75 magistralının qarla örtülmüş hissəsinin başqa bir istifadəçi tərəfindən çəkilmiş fotosuna da istinad edir. Sıx qar örtüyünün olduğu kiçik yollarda da sürücülər ciddi problemlərlə üzləşir.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin