3 kosmonavt 183 günlük macəradan sonra Yerə ayaq basdı

20:22 - 4 Dekabr 2022

3 kosmonavt 183 günlük macəradan sonra Yerə ayaq basdı

Çinin Tiangong Kosmik Stansiyasında olan Shenzhou-14 ekipajından üç astronavt 183 gün sonra Yerə qayıdıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Noyabrın 29-da Çin Shenzhou-15 ilə Tiangong Kosmik Stansiyasına missiya dəyişikliyi üçün 3 kosmonavtı göndərdikdən sonra Shenzhou-14 ekipajı 183 gündən sonra uğurla Yerə qayıdıb.

Çin İnsanlı Kosmik Agentliyinin (CMSA) məlumatına görə, Shenzhou-14-ün ekipajı kosmik stansiyanı tərk etdikdən təxminən 9 saat sonra yerli vaxtla saat 20:09-da Çinin şimalında yerləşən Daxili Monqolustan muxtar bölgəsindəki Dongfeng yatağına enib. Çinli astronavtlar Çen Donq, Liu Yanq və Cai Xuzzenin səhhətinin yaxşı olduğu bildirilir.

Çin Tiangong Kosmik Stansiyasında ilk missiya mübadiləsini uğurla başa çatdırıb. Digər tərəfdən, Shenzhou-14 ekipajı iyunun 5-də Tiangong Kosmik Stansiyasına göndərilib.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin