<

"Strep A" adlı bakterial infeksiyadan 6 uşaq öldü

19:22 - 4 Dekabr 2022

İngiltərədə "Strep A" adlı bakterial infeksiyadan 6 uşaq ölüb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki,  Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) sentyabr ayından bu yana ölkədə 5-i 10 yaşdan kiçik olmaqla 6 uşağın Strep A infeksiyası səbəbindən dünyasını dəyişdiyini təsdiqləyib.

UKHSA, ailələri infeksiyaya qarşı diqqətli olmaları mövzusunda xəbərdar edərək, xəstəliyin əvvəlki illərə nisbətən daha çox olduğuna diqqət çəkib. UKHSA, artımın çox güman ki, cəmiyyətdə bakteriyaların yüksək dövriyyəsi ilə bağlı olduğunu təxmin edib.

Mütəxəssislər həmçinin qeyd ediblər ki, Strep A infeksiyalarının ümumi artımı Kovid-19 epidemiyasından sonra immunitetin azalması ilə bağlı ola bilər. Digər tərəfdən, Strep A olan 4 yaşlı bir qız 28 Noyabrdan bəri Liverpuldakı xəstəxanada süni nəfəs aparatında həyatı üçün mübarizə aparır. Strep A adlı bakteriyanın insanların boğazında və dərisində yerləşdiyi və tez-tez zaman zaman soyuqdəymə və boğaz ağrısına səbəb olduğu bilinir. Bədənin bəzi yerlərində qızartı və dəri infeksiyasına səbəb olan bakteriyalar bəzi hallarda ciddi fəsadlara və ölümə səbəb ola bilər. Xəstəliyə səbəb olan bakteriyalar əllərdə və ya boğazda kifayət qədər uzun müddət yaşaya bilər, asqırma, öskürək və yaxın təmas zamanı insanlar arasında asanlıqla yayıla bilər.


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin