Yaşayış evində partlayış oldu- 2 nəfər öldü

18:32 - 04 Dekabr 2022

Yaşayış evində partlayış oldu- 2 nəfər öldü

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Nijnevartovsk şəhərində beşmərtəbəli yaşayış binasında partlayış nəticəsində iki nəfər ölüb, 10 nəfər xəsarət alıb.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Xəsarət alanlardan 4-ü xəstəxanaya yerləşdirilib.

Ümumilikdə evin 52 sakini təxliyə edilib, məktəblərdən birində müvəqqəti sığınacaq yaradılıb.

Partlayış yerinə 6 təcili tibbi yardım briqadası, Fövqəladə Hallar Nazirliyinin 9 texnikası cəlb olunub.

Faktla bağlı prokurorluq araşdırmalara başlayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az