Ukraynada müharibədə həlak olan dinc sakinlərin sayı AÇIQLANDI

17:55 - 4 Dekabr 2022

Ukraynada müharibədə həlak olan dinc sakinlərin sayı AÇIQLANDI

“Rusiya-Ukrayna müharibəsində rus qoşunlarının atəş açması nəticəsində 9 400-dən çox dinc sakin həlak olub. Ölənlər arasında 461 uşaq var, 6 800 nəfər isə yaralanıb”.

 

Manset.az xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin deyib.

O bildirib ki, rus qoşunları kritik infrastruktur obyektlərinə zərbələr endirməkdə davam edir:

“Artıq 8 rayonda 507 yaşayış məntəqəsində elektrik enerjisi dayandırılıb”.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin