<

İndoneziyada vulkan püskürməsi: Əhali təxliyə edildi - YENİLƏNDİ (VİDEO)

16:19 - 4 Dekabr 2022

İndoneziyada vulkan püskürməsi: Əhali təxliyə edildi - YENİLƏNDİ (VİDEO)

Bazar günü Semeru vulkanının püskürməsindən sonra Şərqi Yava əyalətində (Yava adası) ən azı 95 nəfər təxliyə edilib.

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Təbii Fəlakətlərin Azaldılması üzrə Milli Agentliyi məlumat yayıb.

Vulkan səhər saatlarında püskürüb. O, havaya 1,5 km hündürlüyündə kül atıb.

Semeru bölgəsində təhlükə səviyyəsi dörd ballıq şkala üzrə maksimuma qaldırılıb. Yaxınlıqdakı bir neçə kəndə vulkan külü düşüb.

Xatırladaq ki, sonuncu dəfə Semeru vulkanı düz bir il əvvəl - dekabrın 4-də püskürüb. O zaman 50-dən çox insan ölüb.

Qeyd edək ki, Semeru Yava adasının ən hündür zirvəsidir. Ümumiyyətlə isə İndoneziyada 130-a yaxın aktiv vulkan var.

10:52

İndoneziyanın Şərqi Yava əyalətində (Yava adası) Semeru vulkanının püskürməsi baş verib.

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakət Fəsadlarının Yumşaldılması üzrə Milli Agentliyi məlumat yayıb.

Vulkanın 1,5 min metr hündürlüyə kül və tüstü sütunu atdığı qeyd edilib. Vulkana 5 km-dən yaxından yaxınlaşmaq qadağan edilib.

Püskürmənin hər hansı fəsadları barədə məlumat verilmir.

Eyni zamanda, Yaponiya Milli Meteorologiya İdarəsi sunami təhlükəsi səbəbindən hazırda məlumatları nəzərdən keçirdiyi barədə xəbərdarlıq edib. Bildirilib ki, bu baş verərsə, dalğalar Okinavanın cənub prefekturasındakı ucqar adalara çata bilər.

Xatırladaq ki, Semeru vulkanı düz bir il əvvəl dekabrın 4-də püskürüb. Nəticədə 50-dən çox insan həlak olub. Semeru Yava adasının ən hündür zirvəsidir. İndoneziyada 130-a yaxın aktiv vulkan var.


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin