Azərbaycan millisinin hücumçusunun burnu SINDI

12:41 - 4 Dekabr 2022

Azərbaycan millisinin hücumçusunun burnu SINDI

Azərbaycan millisinin və Almaniya "Şalke"sinin U-23 komandasının futbolçusu Rüfət Dadaşovun burnu sınıb.

Manset.az xəbər verir ki, 31 yaşlı hücumçu bu səbəbdən artıq 2-ci oyundur meydana qoruyucu maska ilə çıxır.

Qərb Regional Liqasında "Köln"ün müvafiq yaş qrupundan ibarət komandası ilə XIX matçında (5:0) fərqlənən təcrübəli forvard maska ilə oynamağın çətin olduğunu bildirib: "Bəzi ötürmələri çox gec görürəm. Sevindirici haldır ki, qarşıda bizi fasilə gözləyir. Ümud edirəm ki, yeni ildən maskasız oynaya biləcəyəm".

Qeyd edək ki, Rüfət Dadaşov cari mövsüm "Şalke"nin heyətində 7 qol vurub.


Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin