Ermənilərin viran qoyduğu Kəlbəcərin Armudlu kəndindən görüntülər - FOTOLAR

12:08 - 4 Dekabr 2022

Ermənilərin viran qoyduğu Kəlbəcərin Armudlu kəndindən görüntülər - FOTOLAR

Kəlbəcər rayonunun Armudlu kəndi Tərtərçayın sol sahilində yerləşir. Əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olub.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.

İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb.

Manset.az AZƏRTAC-a istinadən işğal dövründə erməni vandalizminə məruz qalmış Armudlu kəndinin görüntülərini təqdim edir.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin