Türkiyədə TV-də ilk dəfə bu qədər açıq səhnə yayımlandı: Qalmaqallı vanna kadrları - FOTO

10:43 - 4 Dekabr 2022

Türkiyədə TV-də ilk dəfə bu qədər açıq səhnə yayımlandı: Qalmaqallı vanna kadrları - FOTO

Türkiyədə yayımlanan daha bir serial ilk bölümündən etibarən tənqidlərə tuş gəlib.

Manset.az  axşam.az-a istinadən xəbər verir ki, bu dəfə söhbət "Çöp adam" adlı ekran işindən gedir. Layihədə yenidən qadınlar xəyanətə məruz qalan tərəf kimi təqdiq olunub. Belə ki, serialda aktrisa Elçin Sangunun canlandırdığı obraza həyat yoldaşı onun bacısı ilə xəyanət edib. Bundan başqa, xəyanət edən ikilinin cəsədləri hamamda çılpaq formada vannanın içində izləyiciyə təqdim olunub.

İzləyicilər ekran işindəki bu kadrların artıq olduğunu, hər şeyi bu qədər çılpaqlığına qədər təqdim olunmaması gərəkdiyini bildirərək iradlarını layihənin sosial media hesablarında şərh ediblər.

Xatırladaq ki, daha əvvəl "Yalı çapkını" adlı ekran işində də hamam səhnəzi müzakirələrə səbəb olmuşdu.

Qeyd edək ki, ekran işinin baş rolları Engin Altan Düzyatan və Elçin Sanguya həvalə olunub.



Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin