<

Rusiyada 4 nəfər yanaraq öldü

09:30 - 4 Dekabr 2022

Rusiyada 4 nəfər yanaraq öldü

Rusiyanın Orenburq şəhərində fərdi yaşayış evində baş verən yanğın nəticəsində dörd nəfər ölüb.

Manset.az  “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Orenburq vilayəti üzrə baş idarəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, dekabrın 3-nə keçən gecə Orenburq şəhərinin 374-cü km küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Yanğın baş verən ərazinin kəşfiyyatı zamanı dörd nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisənin səbəbləri müəyyənləşdirilir.


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin