<

Tbilisidə Saakaşvili tərəfdarlarının mitinqi keçirilir

21:06 - 3 Dekabr 2022

Tbilisidə Saakaşvili tərəfdarlarının mitinqi keçirilir

Müxalif “Vahid Milli Hərəkat” partiyasının nümayəndələri, eləcə də onların tərəfdarları şənbə günü Tbilisidə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müalicə üçün xaricə göndərilməsi tələbi ilə mitinq keçirirlər.

 

Manset.az xəbər verir ki, Gürcüstan parlamentinin Milli Hərəkatdan olan üzvü Levan Xabeişvili, “Bütün dünya, bütün ölkə görməlidir ki, biz (keçmiş) prezidentin ölümünü qəbul etməyəcəyik. Ölkəmiz prezidentlərin qəbiristanlığı olmamalıdır”, - deyib.

Bir neçə yüz nəfər əvvəlcə Tbilisidə Barataşvili körpüsünün yaxınlığında toplaşıb, sonra isə hakim “Gürcü Arzusu Demokratik Gürcüstan” partiyasının ofisinə doğru yürüş edib. Aksiya “Mişa sağ qalmalıdır” adlanır. Hakim partiyanın binası yaxınlığında gücləndirilmiş polis dəstələri növbə çəkir.


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin