<

Fövqəladə vəziyyət hələ ləğv edilməyəcək - ÜST rəhbəri

20:22 - 3 Dekabr 2022

Fövqəladə vəziyyət hələ ləğv edilməyəcək - ÜST rəhbəri

2020-ci ildən bəri COVID-19-la bağlı ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə vəziyyətin ləğvi vaxtı hələ gəlib çatmayıb.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

"Biz pandemiyanın fövqəladə fazasının bitdiyini söyləməyə daha yaxınıq, lakin hələ ona çatmamışıq", - deyə ÜST rəhbəri vurğulayıb.

"Müşahidədə, testləşmədə, sekvenləşdirmədə və vaksinasiyadakı boşluqlar koronavirusun narahatlıq doğuran yeni variantının ortaya çıxması üçün əla şərait yaratmağa davam edir", - baş direktor xəbərdarlıq edib.


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin