Azərbaycan nümayəndə heyəti Beynəlxalq Strateji Kommunikasiya Sammitində iştirak edir

19:59 - 3 Dekabr 2022

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Strateji Kommunikasiya Sammitində iştirak edir

Azərbaycan nümayəndə heyəti 2-3 dekabr tarixlərində Türkiyə Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə İstanbul şəhərində keçirilmiş Beynəlxalq “Stratcom Sammiti 22”də təmsil olunub.

 

Manset.az xəbər verir ki, “Qeyri-müəyyənlik şəraitində Stratcom” mövzusunda keçirilən tədbirdə müxtəlif ölkələrdən olan dövlət rəsmiləri, özəl və media sektorun təmsilçiləri, elm və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

“Stratcom Sammiti 22” çərçivəsində strateji kommunikasiya ekosistemində regional münaqişələrlə üzləşmə, geosiyasi gərginliklərin yaratdığı hibrid təhdidlər, dezinformasiya, humanitar və ətraf mühit böhranları, informasiya müharibəsi mövzuları müzakirə olunub.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin