İlk 1/4 finalçı Niderland oldu - YENİLƏNDİ

21:13 - 3 Dekabr 2022

İlk 1/4 finalçı Niderland oldu - YENİLƏNDİ

Qətərdə keçirilən dünya çempionatında ilk 1/4 finalçının adı bəlli olub.

 

Manset.az xəbər verir ki, 1/8 finalda ABŞ ilə qarşılaşan Niderland millisi 3:1 hesablı qələbə ilə adını bu mərhələyə yazdıran ilk komanda olub.

Niderlandın heyətində Depay, Blind və Dyumfirz fərqlənib. ABŞ-nin yeganə qolunu isə Hacı Rayt vurub.

20:50

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Niderland və ABŞ komandaları arasındakı görüşdə hesab dəyişib. 

Manset.az xəbər verir ki, matçın 81-ci dəqiqəsində niderlandlı Denzel Dyumfriz hesabı 3:1-ə çatdırıb. 

20:34

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Niderland və ABŞ komandaları arasındakı görüşdə hesab dəyişib. 

Manset.az xəbər verir ki, matçın 76-cı dəqiqəsində ABŞ-nin futbolçusu Hacı Rayt hesab arasındakı fərqi azaldıb - 2:1. 

20:10

Qətərdə keçirilən dünya çempionatında Niderland və ABŞ yığmaları arasında 1/8 final oyununda ikinci hissə başlayıb.

Manset.az xəbər verir ki, ilk yarıdan sonra niderlandlılar hesabda öndədir - 2:0.

19:57

Qətərdə keçirilən dünya çempionatında Niderland və ABŞ yığmaları arasında 1/8 final oyununda ilk hissə başa çatıb.

Manset.az xəbər verir ki, komandalar fasiləyə Avropa təmsilçisinin 2:0 hesablı üstünlüyü ilə yollanıblar.

19:50

Qətərdə keçirilən dünya çempionatında Niderland və ABŞ yığmaları arasında 1/8 final oyununda 2-ci qol vurulub.

Manset.az xəbər verir ki, 45+1-ci dəqiqədə fərqlənən Deyli Blind Niderlandı 2:0 hesabı ilə önə keçirıb.

19:25

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Niderland və ABŞ komandaları arasındakı görüşdə hesab açılıb. 

Manset.az xəbər verir ki, matçın 10-cu dəqiqəsində Depay Niderlandı önə çıxaran qola imza atıb. 

19:10

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Niderland və ABŞ komandaları arasındakı görüş başlayıb. 

Manset.az xəbər verir ki, matç saat 19:00-da start götürüb. 

18:31

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində qarşılaşacaq Niderland və ABŞ yığmalarının start heyətləri açıqlanıb.

Manset.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

Niderland: 23. Andries Noppert, 2. Yurien Timber, 4. Vircil Van Dayk, 5. Natan Ake, 22. Denzel Dümfriz, 15. Marten De Run, 21. Frenki De Yonq, 17. Deyli Blind, 14. Deyvi Klaassen, 10. Memfis Depay, 8. Kodi Qakpo

ABŞ: 1. Met Törnr, 2. Sejinyo Dest, 13. Tim Rim, 3. Uolker Zimmerman, 5. Entoni Robinson, 4. Tayler Adams, 6. Yunus Musa, 8. Ueston Makkeni, 21. Timoti Vea, 10. Kristian Pulişiç, 9. Xesus Ferreyra

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. 


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin