Yevlaxda avtomobillər toqquşdu - Xəsarət alanlar var

18:04 - 3 Dekabr 2022

Yevlaxda avtomobillər toqquşdu - Xəsarət alanlar var

Yevlax rayonunun Hacıselli kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Manset.az Report-a istinadən xəbər verir ki, kənd ərazisində "VAZ-21015" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində, 1968-ci il təvəllüdlü E.Mustafayev və digər avtomobildə olan 1986-cı il təvəllüdlü K.İbrahimova xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin