Hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ
25 Noyabr 2024
08:09 - 19 Avqust 2021
Son onilliklər ərzində dünya ciddi iqlim dəyişikliklərinin şahidi olub.
Bəzən iqlim dəyişiklikləri fəlakətli nəticələrə səbəb olurlar. Məsələn, daşqınlar və anormal istilər.
Manset.az xarici mediaya istinadla bildirir ki, ancaq kanadalı alimlər vəziyyətin daha da pisləşə biləcəyini düşünürlər.
Toronto Universiteti əməkdaşlarının proqnozuna görə, qlobal istiləşmə təkcə çoxsaylı təbii fəlakətlərə səbəb olmayacaq. Təhlükəli xəstəliklərin yayılması da istisna edilmir.
Hansı xəstəliklər yayılacaq?
Mütəxəssislər böcəklərin populyasiyalarını araşdıraraq məyus bir nəticəyə gəliblər.
Tədqiqatçıların fikrincə, hava istiliyinin artması nəticəsində milçəklər fəal şəkildə çoxalmağa başlayacaq.
Təhlükəli infeksiyaları daşıyan məhz bu canlılardır.
Nəticədə dünyada zəhərlənmə, mədə-bağırsaq traktının zəhərlənməsi, infeksiyalar və xəstəliklər daha tez-tez qeydə alınmağa başlayacaq.
Kampilobakterioz kimi təhlükəli bir xəstəliyin yayılması da mümkündür. Onun ortaya çıxması və vaxtında müalicə edilməməsi, erkən ölüm riskinə səbəb olacaq.
Bu xəstəliyin təhlükəsi diaqnoz qoymağın çətinliyindədir. Xəstəlik ishal kimi “maskalanır”. Lent.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin