Bakı sakininin bank hesabından 5 min manat OĞURLANDI

14:27 - 3 Dekabr 2022

Bakı sakininin bank hesabından 5 min manat OĞURLANDI

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə Biləcəri qəsəbəsində yaşayan bir nəfərin bank hesabından 5000 manatının oğurlanması barədə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətindən Manset.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Abşeron rayon sakini Taleh Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin