Bakı və Beyləqanda PARTLAYIŞ: Yaralılar var

10:57 - 3 Dekabr 2022

Bakı və Beyləqanda PARTLAYIŞ: Yaralılar var

Bakı və Beyləqanda sexlərdə partlayış olub, xəsarət alanlar var.

Manset.az report-a istinadən xəbər verir ki, dekabrın 2-də Xəqani İsmayılov Binəqədi rayonunda icarəyə götürdüyü avtomobil təmir sexində hava balonunun partlaması nəticəsində xəsarət alıb.

Bundan başqa, eyni gündə İmanov Arif Ramazan oğlu Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsində yerləşən özünə aid təkər təmiri sexində Əliyev Azər Yusif oğlunun gətirdiyi
istilik sisteminin tərkib hissəsi olan genişlənmə çəninə hava vurub. Nəticədə çən partlayıb və Arif İmanov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı rayon prokurorluqlarında araşdırma aparılır.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin