Braziliya yığması qrup qalibi oldu - Kamerun mübarizəni dayandırdı

02:32 - 3 Dekabr 2022

Braziliya yığması qrup qalibi oldu - Kamerun mübarizəni dayandırdı

Braziliya millisi Qətərdə keçirilən dünya çempionatında G qrupunu ilk pillədə tamamlayıb.

Manset.az-ın məlumatına görə, "sambaçılar" sonuncu turda Kameruna 0:1 hesabı ilə uduzsa da, qrup qalibi olub. Yeganə qolu əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə Vensan Abubakar vurub. 30 yaşlı forvard 1 dəqiqə sonra ikinci sarı vərəqə ilə meydandan qovulub.

Bu nəticədən sonra 6 xalı olan "sambaçılar" 1/8 finala qrup lideri kimi adlayıb. Cənubi Amerika təmsilçisi növbəti mərhələdə Cənubi Koreya yığması ilə qarşılaşacaq.

4 xalı olan Kamerun seçməsi isə 3-cü yeri tutaraq, DÇ-2022-də mübarizəni dayandırıb.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin