4 nəfəri öldürmüş şəxsin vəfat etmiş bacısını söyərək qəbiristanlığa “söhbətə” çağırıblar - YENİLƏNDİ

13:17 - 3 Dekabr 2022

4 nəfəri öldürmüş şəxsin vəfat etmiş bacısını söyərək qəbiristanlığa “söhbətə” çağırıblar - YENİLƏNDİ

Beyləqanda bir ailənin 4 üzvünün qətlə yetirilməsi ilə bağlı cinayət işində daha bir təfərrüat ortaya çıxıb.

Manset.az apa-ya istinadən xəbər verir ki, Fuad Cəlilzadə ilə qətlə yetirilən qardaşlar Amin Quluzadə və Xəyal Quluzadə uzun müddət münaqişədə olublar.

Hadisə baş verən gün qardaşlar Fuad Cəlilzadənin evinin damını daşlayıb, onun bu yaxınlarda vəfat etmiş bacısını söyərək qəbiristanlığa “söhbətə” çağırıblar.

Bundan sonra Fuad Cəlilzadə özünə məxsus ov silahı ilə ora gedib və hər iki qardaşı güllələyib.

Hadisə yerində olmuş şəxslərin dediyinə görə, qətlə yetirilən qardaşların birinin əlində bıçaq olub.

Fuad Cəlilzadə daha sonra qardaşların yaşadığı evə gələrək onların valideynləri Nadir Quliyev və Tərgül Quliyevanı da güllələyib.

Fuad Cəlilzadə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək cinayət törətdiyini etiraf edib.

Qeyd edək ki, Fuad Cəlilzadə kənddə heyvandarlıqla məşğul olub.

***

Bəyləqanda öldürülən ailə üzvlərinin adı bəlli olub.

Manset.az  xəbər verir ki, düşmənçilik zəminində öldürülən 4 nəfərin adı aşağıdakılardır:

Quliyev Nadir Cümşüd oğlu – 56 yaş;

Quliyeva Tərgül Sərxan qızı – 51 yaş;

Quluzadə Amin Nadir oğlu – 26 yaş;

Quluzadə Xəyal Nadir oğlu - 29 yaş;

Qeyd edək ki, ailənin 4 övladı olub. Onlardan ikisi Bakı şəhərində yaşayır. Hadisənin genişlənməməsi və təhlükəsizlik tədbirləri nəzərə alınaraq qətli törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadənin ailəsi yaşadığı kənddən təxliyə edilib.

***

Beyləqanda bir ailənin dörd üzvü odlu silahla öldürülüb.

Manset.az APA-ya istinadən xəbər verir ki, qətlə yetirilənlər ata, ana və iki qardaş olub.

Hadisəni törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə ailə üzvlərindən ikisini evdə, ikisini isə yol kənarında güllələyib.

***

Beyləqanda bir ailənin 4 üzvü öldürülüb.

Bu barədə Manset.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, dekabrın 02-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin