Azərbaycanda bu şirkətin 5 milyonluq vergi borcu olduğu məlum oldu

23:41 - 2 Dekabr 2022

Azərbaycanda bu şirkətin 5 milyonluq vergi borcu olduğu məlum oldu

Azərbaycanda fəaliyyət göstərən iri neft şirkətlərdindən biri “Easydrill”in külli miqdarda vergi borcu yaranıb.

 

Manset.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi şirkət barəsində məhkməyə müraciət edib. Məlum olub ki, “Easydrill” şirkətinin 5,5 milyon manatdan çox ödənilməmiş vergi borcu var. İddiaya Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə baxılıb. İş mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün xitam verilib və aidiyyəti üzrə göndərilib.

Qeyd edək ki, “Easydrill” şirkəti Azərbaycan, Gürcüstan və Türkiyədə neft sektorunda platformaların qurulması və neft sahəsinə aid müxtəlif avadanlıqlarının satışını həyata keçirir.


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin