Rusiyada “MiQ-29” qırıcı təyyarəsi qəzaya uğradı - Pilot öldü

07:08 - 19 Avqust 2021

Rusiyada “MiQ-29” qırıcı təyyarəsi qəzaya uğradı - Pilot öldü

Rusiyanın Həştərxan vilayətində “MiQ-29” qırıcısı təyyarəsi qəzaya uğrayıb.

Manset.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Aşuluk poliqonunun ərazisində baş verən hadisə nəticəsində qırıcının pilotu ölüb.

Qeyd edilib ki, uçuş plana uyğun, döyüş sursatı olmadan həyata keçirilib.

Hadisənin başvermə səbəblərini müəyyən etmək üçün Kosmik-Hava Qüvvələri Ali Komandanlığının komissiyası qəza yerinə göndərilib.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin