“Qarabağ” “Neftçi”ni darmadağın etdi - YENİLƏNDİ

23:11 - 2 Dekabr 2022

“Qarabağ” “Neftçi”ni darmadağın etdi - YENİLƏNDİ

Qarabağ oyunu bitdi.

***

“Qarabağ”dan 4-cü qol. Kadi Borxüs 83-cü dəqiqədə fərqlənir.

***

“Qarabağ” 3-cü qolu vurdu. Ramil Şeydayev 67-ci dəqiqədə fərqləndi.

***

“Qarabağ” ikinci qolu vurdu. Zubir 60-cı dəqiqədə fərqləndi.

***

ikinci hissə başladı. 

***

“Qarabağ” hesabı açdı. Kadi Borxes 37-ci dəqiqədə fərqləndi.

***

Matç başladı.

***

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura start veriləcək. 

Manset.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Lider “Qarabağ” səfərdə əzəli rəqibi “Neftçi” ilə üz-üzə gələcək. Azərbaycan derbisini Elçin Məsiyevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Bu turun “Qəbələ” – “Səbail” və “Sabah” – “Şamaxı” oyunları dekabrın 3-də, “Kəpəz” – “Sumqayıt” və “Zirə”– “Turan Tovuz” görüşləri isə ayın 4-də keçiriləcək.

Azərbaycan Premyer Liqası

16-cı tur

2 dekabr

 

“Neftçi” – “Qarabağ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev.

Hakim-inspektor: Ömər Paşayev.

Bakı. “Bakcell Arena”, 21:00.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin