İŞİD liderinin öldürüldüyü əməliyyatın təfərrüatları məlum oldu

20:35 - 2 Dekabr 2022

İŞİD liderinin öldürüldüyü əməliyyatın təfərrüatları məlum oldu

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ötən gün oktyabrın ortalarında İŞİD lideri Əbu əl-Həsən əl-Haşimi əl-Qureyşinin müxalif qrupların Dera əyalətində keçirdiyi əməliyyat nəticəsində öldürüldüyünü açıqlamışdı.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, basqına qatılan və təhlükəsizlik səbəbiylə adını açıqlamaq istəməyən hərbçi AA-ya açıqlama verib.

Belə ki, Deranın Casim qəsəbəsində bir qrup İŞİD üzvü olduğu barədə məlumat alan Casim İnqilabçılar qrupu oktyabrın 14-də əməliyyata başlayıb.

Qrup İŞİD-in hücrə evi kimi istifadə etdiyi 3 ayrı evə ağır silahlarla basqın edib.

Əməliyyat zamanı evlərdən birində İŞİD liderinin olduğunu bilməyən qrup 2 gün İŞİD-lilərlə toqquşub.

Hərbi müxalifət, "Ev ağır silahlarla atəşə tutulduqdan sonra evdə böyük partlayış baş verdi. Partlayışın evin içindəki İŞİD üzvlərinin kamikadze jiletlərini partlatması nəticəsində baş verdiyini düşünürük" deyə bildirib.

Mənbənin məlumatına görə, əməliyyat zamanı İŞİD üzvlərinin bomba hazırlamaq üçün istifadə etdiyi materiallar, təşkilati sənədlər və mobil telefonlar ələ keçirilib.

Həmin vaxt evdə olmayan İŞİD liderinin həyat yoldaşı Meysun Abdulkerim tutularaq saxlanılıb.

Rusiyanın Suriyada Əsəd rejiminə dəstək məqsədilə yaratdığı, keçmiş müxalif və keçmiş rejim əsgərlərindən ibarət 5-ci Korpusun üzvləri də iki maşınla müxalif qrupun başlatdığı əməliyyata dəstək verib.

Rusiya və ya Amerika qüvvələrinin əməliyyatda iştirak etmədiyini bildirən hərbi müxalifət, Rusiyanın dəstəklədiyi 5-ci Korpusun öldürülən İŞİD lideri və yoldaşlarının cəsədlərinin bəzi hissələrini götürərək Suriyanın cənubundakı Tanifdəki ABŞ bazasına apardığını bildirib.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin