<

Ərdoğan və Rişi Sunak telefonla danışdı

20:22 - 2 Dekabr 2022

Ərdoğan və Rişi Sunak telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilə telefonla danışıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, telefon danışığı zamanı ölkələrarası münasibətlər müzakirə edilib.

Bildirilib ki, danışıq əsnasında Türkiyə-Birləşmiş Krallıq əlaqələri, həmçinin ticarət və müdafiə sənayesi sahəsində atılacaq addımlar müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı iki NATO müttəfiqi olaraq sağlam düşüncə və strateji perspektivin əlaqələrə hakim olmağa davam edəcəyinə inandığını bildirib.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin