DƏHŞƏT: Dostunu öldürüb yedi- Özü öldü

20:04 - 2 Dekabr 2022

DƏHŞƏT: Dostunu öldürüb yedi- Özü öldü

Fransanın paytaxtı Parisdə 1981-ci ildə Rene Hartevelti öldürən onun cəsədini yeyənKobe Canniballəqəbli yapon qatili İssei Saqavanın 73 yaşında pnevmoniyadan vəfat etdiyi bildirilib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, 1949-cu ildə Yaponiyanın Kobe şəhərində varlı bir ailədə dünyaya gələn Saqava 28 yaşında ədəbiyyat üzrə doktorantura təhsili almaq üçün Fransaya gedib. 11 iyun 1981-ci ildə Sorbonnadan olan sinif yoldaşı Renee Harteveltlə şeirləri tərcümə etmək bəhanəsi ilə tanış olub. Onu nahara dəvət etdikdən sonra tüfənglə güllələyərək öldürüb.

Məlum olub ki, qurbanın meyitini zorlayan Saqava daha sonra bədənin bəzi hissələrini yeyib.

Özünü zəif, çirkin və kiçik kimi xarakterizə edən Saqava Harteveltin həyat enerjisini yeməklə mənimsəmək istədiyini iddia edib.

Cinayət qabiliyyətinin olmadığı səbəbilə Fransada mühakimə oluna bilməyən Saqava daha sonra Yaponiyaya gətirilərək xəstəxanaya yerləşdirilib. Fransada iş materialları bağlandığı üçün ölkəsində mühakimə oluna bilməyən Saqavanın sağlam olduğu qənaətinə gələn həkimlər, Saqavanın qətli törətməkdə yeganə motivasiyasının onun cinsi pozğunluğu olduğunu açıqlayıblar.

12 avqust 1986-cı ildə xəstəxanadan çıxdıqdan sonra Saqavanın normal həyatına qayıtması böyük müzakirələrə səbəb olsa da, qətli kitablara və filmlərə mövzu olan Saqava məşhur mədəniyyət simvoluna çevrilib.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin