<

Oğuzda inşa edilmiş körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTOLAR

19:46 - 2 Dekabr 2022

Oğuzda inşa edilmiş körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTOLAR

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuz şəhərində inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası dekabrın 2-də istifadəyə verilib.

 

Manset.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov dövlət başçısına məlumat verib ki, ərazisi 0,4 hektar, ümumi sahəsi 3013 kvadratmetr olan bağçada 32 otaq vardır. Binada 5 qrup otağı, həkim bölməsi, musiqi zalı, yeməkxana, mətbəx, gimnastika, kompüter, metodist və yardımçı otaqlar yaradılıb.

Qeyd edilib ki, bina müasir avadanlıqlar, inventar və mebel dəstləri, videomüşahidə, yanğın əleyhinə təhlükəsizlik, eyni zamanda, mərkəzləşdirilmiş istilik sistemləri ilə təchiz olunub. Həyətyanı sahədə abadlıq və yaşıllaşdırma işləri görülüb, müasir işıqlandırma sistemi yaradılıb və uşaqlar üçün 5 ədəd söhbətgah quraşdırılıb.

Prezident İlham Əliyev qrup otaqları, oyun zalı, yeməkxana və həyətyanı sahədə yaradılmış şəraitlə tanış olub.



Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin