<

5 gündə meşə fondu torpaqlarında 50 mindən artıq ağac əkildi- FOTO

18:15 - 2 Dekabr 2022

5 gündə meşə fondu torpaqlarında 50 mindən artıq ağac əkildi- FOTO

"Əkin mövsümü ilə əlaqədar bütün regionların meşə fondu torpaqlarında hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilir, toxumlar səpilir".

 

Manset.az xəbər verir ki, bu barədə Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov məlumat verib.

O bildirib ki, son beş gündə ölkənin meşə fondu ərazilərində Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən 50 mindən artıq ağac tingi əkilib, 8 tondan çox toxum səpilib.

“Payız əkin planına uyğun olaraq meşəbərpa tədbirləri bu gün Sabirabad, Masallı, Lənkəran, Şəki və Qəbələ rayonlarının meşə fondu torpaqlarında keçirilib və 8 mindən artıq müxtəlif növ ağac əkilib, 770 kiloqram toxum səpilib”.

 


Xəbər xətti

6 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin