<

Narkotik qəbul edib xidmət göstərən “Prius” sürücüsü SAXLANILDI

17:42 - 2 Dekabr 2022

Narkotik qəbul edib xidmət göstərən “Prius” sürücüsü SAXLANILDI

Suraxanıda narkotikin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan daha bir sürücü müəyyən edilib.

 

Manset.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Qaraçuxur qəsəbəsində yaşayan Hünər Mustafayev idarə etdiyi “Toyota Prius” markalı avtomobilin sükanı arxasında olan zaman Suraxanı RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb. İlkin sorğu zamanı sürücü avtomobili narkotik vasitə qəbul edərək idarə etdiyini etiraf edib.

Təyin olunan ekspertizanın nəticəsində Hünər Mustafayevin sükan arxasında narkotik vasitənin təsiri altında olduğu sübuta yetirilib. Sürücü barəsində protokol tərtib olunub. Hünər Mustafayevin törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin