Bakıda uşaq evi bağlandı - 10 yaşlı qız küçədə qaldı

17:35 - 2 Dekabr 2022

Bakıda uşaq evi bağlandı - 10 yaşlı qız küçədə qaldı

Bakıda küçələrdə gecələyən azyaşlı qız sığınacağa yerləşdirilib.

 

Lent.az xəbər verir ki, 10 yaşlı Məsumə bir müddət Suraxanı rayonu ərazisində küçədə gecələyib. Məlumata görə, onun anası ölüb, atasının isə kimliyini bilmir.

Anası öləndən sonra uşaq evlərindən birində qalıb. Həmin uşaq evi bağlandıqdan sonra isə bir il ərzində küçələrdə zibil yığan, tanımadığı qadınla yaşayıb. O da öləndən sonra azyaşlı küçələrdə gecələməyə məcbur olub.

Qızcığaz Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aşkarlanıb. Tapılarkən onun baş və bədənində xəsarətlər də müəyyən edilib. Buna görə Suraxanı RPİ-nin 31-ci Polis Bölməsində araşdırma başlanıb.

Onu da qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsi ilə müxtəlif QHT-lər birgə əməkdaşlıq edirlər. Belə ki, onlar arasında "Whatsapp” qrupu yaradılıb. Həmin qrup vasitəsilə küçədə yaşayan uşaqlarla bağlı məlumat verilir və lazımi tədbirlər görülür.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin