Orqanizmin funksiyalarının 100% itirilməsi əlillik hesab olunur? - VİDEO

23:54 - 18 Avqust 2021

Orqanizmin funksiyalarının 100% itirilməsi əlillik hesab olunur? - VİDEO

Gələn il iyulun 1-dən etibarən əlilliyin qiymətləndirilməsi yeni meyarlar əsasında aparılacaq.

Manşet.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilir ki, yeni qaydalar əlilliyin dəqiq təyin olunmasında daha geniş imkanlar yaradır.

Yeni tətbiq olunacaq metodda orqanizmin funksiyalarının 81-100 % itirilməsi əvvəlki qayda ilə 1-ci qrup əlilliyə bərabərdir. Lakin orqanizmin funksiyalarının 100 % itirilməsi tibbi baxımdan ölüm sayılır.

Bəzi hallarda orqanizmin funksionallığının itirilmə dərəcəsi ən aşağı faiz göstəricisinə bərabər olsa da, bu həmin insanın əmək fəaliyyətinin 100 % itirilməsi ilə nəticələnə bilər. Məsələn, pianoçunun barmaqlarından birini itirməsi kifayətdir ki, o, öz peşəsini icra edə bilməsin.

Bir daha yada salaq ki, gələn ildən ənənəvi qayda ilə 1-ci qrup əlilliyi olan şəxslər orqanizmin funksiyalarının 81-100 faiz, ikinci qrup 61-80 faiz, 3-cü qrup isə 31-60 faiz itirilməsi ilə qiymətləndiriləcək.

 

 

 


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin