Bu gecə ilk Qədr gecəsidir
28 Mart 2024
17:04 - 2 Dekabr 2022
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların pozulmasına görə tətbiq edilən cinayətləri və cəzaları bütün üzv dövlətlərdə eyniləşdirməyə hazırlaşır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Aİ Komissiyası bütün ittifaq ölkələrində Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin pozulmasına görə ümumi cəza nəzərdə tutan yeni qanunvericilik təklifini açıqlayıb.
Təklifə əsasən, cinayətlər və Aİ sanksiyalarının pozulmasına görə cəzalar uyğunlaşdırılacaq.
Məhdudlaşdırıcı tədbirlərin pozulmasının bütün üzv dövlətlərdə eyni şəkildə araşdırılmasını, mühakimə olunmasını və cəzalandırılmasını təmin etmək üçün Aİ-nin ümumi qaydaları tətbiq olunacaq.
Həmçinin mürəkkəb hüquqi və maliyyə strukturları vasitəsilə oliqarxların müxtəlif yurisdiksiyalarda gizlətdikləri aktivlərin müəyyən edilməsinə şərait yaradılacaq.
Aİ sanksiyalarının pozulması ilə bağlı cinayətlər siyahıya alınacaq.
Sanksiya siyahısında olan şəxs, qurum və ya təşkilatın xeyrinə vəsait və ya iqtisadi resursların verilməsi, vəsaitlərin dondurulmaması, sanksiya tətbiq edilən şəxslərin öz ərazisinə daxil olmasına icazə verilməsi, Aİ tərəfindən qadağan olunmuş üçüncü ölkələrlə əməliyyatların aparılması, qadağan olunmuş və ya məhdudlaşdırılmış malların ticarəti və ya xidmət, maliyyə və ya müxtəlif məsləhət xidmətləri göstərmək cinayətlər siyahısına daxil ediləcək.
Aİ-nin məhdudlaşdırıcı tədbirlərindən yayınma və ya pozma da cinayətlər siyahısında olacaq. Bu çərçivədə cinayət törədən şəxslərə 5 ilə qədər həbs cəzası verilə bilər.
Cinayətkar şirkətlər qlobal dövriyyənin ən azı 5 faizi məbləğində cərimələnəcəklər.
Bu mərhələdən sonra təklif Avropa Parlamenti və Avropa Şurası tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin